Allah, Onun Kəlamı və xilası haqqında etiraf etdiklərimiz.
Bakı Presviterian Cəmiyyəti tarixi Protestant və İslahat ənənəsindədir. Əsrlər boyu xristianlar tərəfindən etiraf edilmiş Müqəddəs Yazının böyük həqiqətlərini təsdiqləyirik.
Bütün dünyada xristianlarla birlikdə biz Allahın Oğlu İsa Məsihin müjdəsinə inanırıq. O, Müqəddəs Ruh və Bakirə Məryəm vasitəsilə bədən aldı, Allahın qanununa mükəmməl itaətlə yaşadı, günahlarımız üçün Allahın cəzasını qəbul edərək öldü, dəfn edildi, üçüncü gün ölülər arasından dirildi və sonra göyə çıxaraq Atanın sağında oturdu.
Bunun işığında, Allah hər yerdə bütün insanları tövbə etməyə və İsa Məsihə Rəbb kimi tabe olmağa çağırır.
Bibliyanın Allahın yazılı kəlamı olduğuna, Müqəddəs Ruh tərəfindən ilhamlandığına və orijinal əlyazmalarda səhvsiz olduğuna inanırıq.
Protestant ənənəsində bir kilsə olaraq, Xristian Yazılarını iman və təcrübə üçün son nüfuzumuz kimi qəbul edirik.
Müqəddəs Üçlüyə inanırıq. Üç şəxsdə əbədi mövcud olan bir Allah var: Ata, Oğul və Müqəddəs Ruh.
Allah Adəm və Həvvanı Öz surətində və yaxşı yaratdı. Lakin onlar günaha düşdülər. Nəticədə bütün insanlar günahkardır.
İsa Məsihin Allahın əbədi Oğlu olduğuna inanırıq. O, mükəmməl həyatı, qurban ölümü və zəfərli dirilməsi ilə Ona güvənənlərin günahlarını kəffarə etdi.
Xilasın yalnız Allah tərəfindən olduğuna inanırıq. O, xilas edəcəklərini suveren şəkildə seçir. Onun seçimi lütfünə əsaslanır.
Müqəddəs Ruhun Üçlü Allahın üçüncü şəxsi olduğuna inanırıq. O, Allahın xalqında yaşayır.
Bibliya tarix boyu Allahın açılan xilasının vahid hekayəsidir.
İsanın bədən və görünən şəkildə geri qayıdacağına inanırıq.
Həyatımızın bütün aspektlərinin İsa Məsihin Rəbliyinə tabe olaraq yaşanmalı olduğuna inanırıq. Allahı izzətləndirmək və Ondan əbədi zövq almaq üçün yaşayırıq.
Tarix boyu xristian kilsələri ilə birlikdə, bu qədim əqidələri Allah və Onun müjdəsi haqqında əsas xristian inancının xülasə ifadələri kimi təsdiqləyirik:
Beynəlxalq Presviterian Kilsəsinin yığıncağı olaraq, ağsaqqallarımız aşağıdakı etiraf standartlarından birinə riayət edir.